İŞİD 300 nəfəri edam etdi

İŞİD 300 nəfəri edam etdi

Terrorçu İŞİD qruplaşması İraqın şimalında yerləşən Mosul şəhərinin 300 sakinini qətlə yetirib. "Al-Arabia" xəbər verir ki, bunu "milli qurtuluşçu"ların təmsilçisi Mahmud əs-Surci bildirib. "İŞİD dəstələri Mosulun mərkəzində yeni qətliam törədərək 300 nəfəri edam ediblər", - deyə o vurğulayıb.

Əsil ən-Nuceyfin başçılıq etdiyi "Milli Qurtuluş" hərbi birləşməsinin təmsilçisi əlavə edib ki, qətlə yetirilənlərin çoxu keçmiş hərbçi və polis olub. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...