“Ukrayna və müttəfiqləri 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdır”

“Ukrayna və müttəfiqləri 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdır”
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa özünün “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, Kiyevdə “könüllülər koalisiyası”nın görüşündən sonra Zelenski və Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ lideri ilə sülh səyləri ilə bağlı konstruktiv telefon danışığı aparıblar.

“Ukrayna və müttəfiqləri 12 maydan başlayaraq quruda, havada və dənizdə ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdırlar”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...