Bosniya müsəlmanlarının qatili zindanda öldü

Bosniya müsəlmanlarının qatili zindanda öldü


Bosniya-Hersoqovinadakı serb silahlılarının başçısı olmuş general Zdravko Tolimir Haaqa tribunalının həbsxanasında ölüb.

"Report" xəbər verir ki, bu haqda Serbiya KİV-i məlumat yayıb. Qeyd edək ki, Z.Tolimir keçmiş Yuqoslaviya parçalanandan sonra Bosniya və Hersoqovinadakı serblərin silahlı dəstələrinə başçılıq edib. O, Serbiya Respublikası Qoşunu qərargahının rəisi Ratko Mladiçin 7 müavinindən biri olub. Z.Tolimirin ölümünün səbəb açıqlanmasa da onun ağır xəstə olduğu bildirilib. Haaqa məhkəməsi 2005-ci ildə ona qarşı ittiham irəli sürüb. Z.Tolimir Srebrenitsada Bosniya müsəlmanlarına qarşı soyqırım törətməkdə ittiham edilib və 2007-ci ildə həbs olunub.
2012-ci ili dekabrın 12-də beynəlxalq Haaqa məhkəməsi Z.Tolimiri soyqırımda günahkar bilərək,ömürlük azadlıqdan məhrum edib.

Qeyd edək ki, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Srebrenitsa şəhərində 8 min 372 Bosniyalı müsəlmanı-boşnakı qətlə yetirib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.

BMT şəhərə 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirsə də, soyqırımın qarşısını almaq mümkün olmayıb.
Srebrenitsa qətliamı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı soyqırım sayılır. Bu, həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş cinayət aktıdır.

Xatırladaq ki, BMT-ni Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın törədilməsi ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.
Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebnitsada əhalinin 78%-ni boşnaklar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədəkdir. Şəhərin əhalisinin qalanı serbdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...