Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

  Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
Cənubi Koreyanın yeni prezidenti müxalif “Toburo” Demokratik Partiyasının namizədi Li Çje Men olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Rehnap” məlumat yayıb.
Bildirilib ki, səsvermə bülletenlərinin 97%-i işləndikdən sonra vətəndaşların 49,1%-i Li Cje Menə səs verib. Onun rəqibi, mühafizəkar namizəd Kim Mun Su seçicilərin 41,6%-nin dəstəyini qazanıb.
Kim artıq xalqın seçimini qəbul etdiyini bəyan edib və rəqibini təbrik edib.
Xatırladaq ki, Cənubi Koreyada prezident seçkiləri vaxtından əvvəl keçirilib. Onlar əvvəlki prezident Yun Sok Yol çevrilişə cəhd etdikdən sonra çağırılıb: dekabrda o, hərbi vəziyyət elan edib və deputatları hökumətin işini iflic etmək cəhdində ittiham edərək parlamentin səlahiyyətlərini dayandırıb. Parlament də öz növbəsində hərbi vəziyyətin ləğvinə və impiçment proseduruna başlanmasına səs verib. Yun Sok Yol bu qərara əməl edib. Dekabr ayında parlament onu vəzifəsindən uzaqlaşdırılmasına səs verib. 2025-ci il aprelin 4-də Konstitusiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Sabiq prezident hazırda istintaq altındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...