İrina Bokova BMT-nin baş katibi seçilə bilər

İrina Bokova BMT-nin baş katibi seçilə bilər


Bolqarıstan Xarici İşlər Nazirliyi bu məqsədlə BMT-yə məktub göndərib və ölkəsinin bu vəzifə üçün seçdiyi namizədin İrina Bokova olduğunu bildirib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolqarıstanın Xarici İşlər Nazirliyi göndəriyi məktubda İ.Bokovanın həyat və iş təcrübəsinə geniş yer ayırıb.

Evli və iki uşaq anası olan İ.Bokova Bolqarıstanda millət vəkili və xarici işlər naziri olub. 2009-cu ildən bəri isə UNESCO-nun baş direktoru kimi çalışır. Qeyd edək ki, BMT-nin baş katibi 5 illik müddətə BMT Baş Məclisi tərəfindən seçilir. Hazırda bu qurumun baş katibi Cənubi Koreyanın keçmiş xarici işlər naziri Pan Gi Mundur. Onun ikinci beş illik xidmət müddəti 2016-cı ilin sonunda bitəcək. İki dəfə baş katib olmuş şəxsin yenidən namizədliyini irəli sürməsi qanunvericiliyə zidd olmasa da, təşkilat tarixində heç bir baş katib iki dəfədən artıq bu vəzifəni icra etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...