“ABŞ bombalayıb məsuliyyəti bizim üzərimizə atdı” - Rusiya

“ABŞ bombalayıb məsuliyyəti bizim üzərimizə atdı”  -


Rusiya Müdafiə Nazirliyi Suriyanın Hələb şəhərini Amerikanın bombaladığını bəyan edib. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi nümayəndəs İqor Konaşenkov Hələbi ötən gün ABŞ döyüş təyyarələrinin bombardman etdiyini açıqlayıb. “Amerikanın və Avropanın aparıcı televiziyaları Hələbin görüntülərini yayımlayır. Rusiyanın hava hücumlarının bu mənzərəyə səbəb olduğunu göstərirlər.

Hələbi isə Amerika bombalayıb, amma məsuliyyəti bizim üzərimizə atdı”,-deyə o bildirib. Nazirlik təmsilçisi qeyd edib ki, ABŞ ötən gün Hələbə A-10 döyüş təyyarələri ilə zərbələr endirib. Onun sözlərinə görə Rusiya 4-11 fevral tarixlərində 500 hədəfi vuraraq 1900 terrorçunu məhv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...