"Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir" Davudoğlu

 "Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir"


"Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir".

APA-nın verdiyi məlumata görə, bunu Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Arseni Yatsenyukla görüşdə deyib. "Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi bizim üçün təməl dəyərdir, ona görə biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik", - deyə Ə. Davudoğlu söyləyib.

Baş nazir Ukrayna ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazır olduqlarını da bildirib: "Biz Ukrayna ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...