Avropa İttifaqı Lukaşenkoya qarşı sanksiyaları ləğv edib

Avropa İttifaqı Lukaşenkoya qarşı sanksiyaları ləğv edib


Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyaları ləğv edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” diplomatik mənbələrə istinadən xəbər yayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Avropa İttifaqı A. Lukaşenko və 169 nəfər Belarus vətəndaşına qarşı tətbiq etdiyi sanksiyaların bu il fevralın 29-dək dayandırılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, rəsmi Minskə qarşı sanksiyalar 2006-cı ildən tətbiq olunub. Həmin vaxtdan A. Lukaşenko və Belarusun digər rəsmi şəxslərinə Avropa İttifaqı ölkələrinə səfərlər qadağan edilib. Sonra sanksiyalar genişləndirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...