Rusiyalı məmurun cibindən saxta Azərbaycan pasportu çıxdı

 Rusiyalı məmurun cibindən saxta Azərbaycan pasportu çıxdı


Dağıstan Respublikasının Kumtorkala rayonunun keçmiş icra başçısı Ruslan Toturbiyev Minskdə 4 dövlətin saxta pasportu ilə saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Belarus paytaxtında post patrul yoxlaması zamanı Toturbiyevin cibindən İvan Stavilonun adına saxta Moldova pasportu aşkarlanıb. Keçmiş başçının üstü yoxlanılarkən üzərindən saxta Azərbaycan pasportu da çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, onun Ukrayna pasportu da varmış.

Onu da qeyd edək ki, Toturbiyev 2013-cü ildən beynəlxalq axtarışdadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...