Nepalda son 2 gündə ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb

Nepalda son 2 gündə ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb


Nepal dağlarında son 2 gün ərzində ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb. Trend Associated Press-ə istinadən xəbər verir ki, təyyarədə 11 sərnişin olub.

Nepal hökümətinin rəsmisi Padamlal Lamiçan bildirib ki, qəza nəticəsində 1 insan həlak olub. Təyyarə Kasthamandap Airlines şirkətinə məxsus olub.

Qəzadan əvvəl təyyarədə texniki nasazlıq müşahidə olunub və pilotlar dağların arasındakı düzənliyə enməyə qərar verib. Manevrlər etməyə müvəffəq olmadığı üçün təyyarə qəzaya uğrayıb.

Xatırladaq ki, fevralın 24-də Nepalın mərkəzi rayonlarında digər sərnişin təyyarəsi qəzaya uğrayıb və 23 nəfər insan həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...