"Suriyanın gələcəyində Bəşər Əsədə yer yoxdur" - Barak Obama

"Suriyanın gələcəyində Bəşər Əsədə yer yoxdur" -


“Suriyanın gələcəyində Bəşər Əsədə yer ola bilməz. O, yerini tərk etməyənədək suriyalıların əksəriyyəti silahı yerə qoymayacaq”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ağ Evdə keçirilən mətbuat konfransında prezident Barak Obama çıxış edib. Onun sözlərinə görə, Suriyada düşmənçiliyin dayandırılması daha çox Əsəd rejimi və Suriyadan asılıdır.


“Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin möhkəmlənməsinə və humanitar fəlakətin dərinləşməsinə gətirib çıxardır” – Obama belə deyib. ABŞ prezidenti əmindir ki, indiki vəziyyətdə atəşkəsin əldə olunması elə də asan olmayacaq: “Bilirik ki, xeyli şübhə var. Bu münaqişəni diplomatik yolla həll etməyə çalışmasaq tarix bizi əfv etməyəcək”. Obama deyib ki, atəşkəs razılaşması ABŞ və Rusiya arasında səmimiyyət mətnidir. Suriyada azad seçkilər keçiriləndən sonra maraqlı tərəflərin təmsil olunduğu yeni hökumət formalaşdırılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...