"Halliburton" 5 min işçisini ixtisar edəcək

"Halliburton" 5 min işçisini ixtisar edəcək


ABŞ-ın "Halliburton" neft-xidmət şirkəti neftin qiymətinin aşağı olmasına görə daha 5 min əməkdaşını ixtisara salacaq. "Efe" informasiya agentliyi xəbər verir ki, ixtisar şirkətin ümumi personalının 8%-nə təsir edəcək. Xatırladaq ki, yanvar ayında "Halliburton" 2015-ci ilin IV rübünün maliyyə nəticələrini təqdim etdikdən sonra 4 min əməkdaşını ixtisara salmışdı.

Qeyd edək ki, 2015-ci ilin yekunları üzrə "Halliburton" şirkəti 666 milyon dollar məbləğində xalis zərərə qatlaşıb. Hərçənd bir il əvvəl bu göstərici 3,436 milyard dollarlıq gəlirlə ölçülürdü. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...