“Suriyada atəşkəs qüvvəyə mindikdən sonra da terrorçuların mövqelərinə zərbələr endirəcəyik”

“Suriyada atəşkəs qüvvəyə mindikdən sonra da terrorçuların mövqelərinə zərbələr endirəcəyik”


“Rusiya Hava Kosmik Qüvvələri Suriyada atəşkəs qüvvəyə mindikdən sonra da terrorçuların mövqelərinə aviazərbələr endirəcək. Beynəlxalq təşkilatların rusiyalı hərbçilərin mülki obyektlərə hücum etməsi ilə bağlı bəyanatı isə həqiqəti əks etdirmir”.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


D. Peskov qeyd edib ki, bu, Rusiya ilə ABŞ arasında razılaşdırılmış təşəbbüsün şərtlərindən biridir. “Rusiya Hava Kosmik Qüvvələri Suriyada bu ölkənin hərbi qüvvələrinə dəstək verilməsi istiqamətində əməliyyatları davam etdirir, bu əməliyyatlar İŞİD və digər terror təşkilatlarına qarşı yönəlib”, - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya və ABŞ arasında imzalanan sazişə əsasən fevralın 27-dən Suriyada atəşkəs rejimi qüvvəyə minməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...