Gürcüstanın sabiq dövlət naziri güllələnib

Gürcüstanın sabiq dövlət naziri güllələnib


Naməlum şəxslər Gürcüstanın Azad Demokratlar Partiyasının liderlərindən biri, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edib, ona fiziki xəsarətlər yetirirək hər iki ayağından güllələyiblər.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir. İlkin informasiyaya əsasən A. Petriaşvili 3 dostu ilə birlikdə sabiq diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən hücuma məruz qalıb. Hadisə barədə polisə cinayət hadisəsinin baş verdiyi ərazinin sakinləri xəbər verib. Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi açılıb. Gürcüstan DİN hadisə şahidlərini istintaqla əməkdaşlıq etməyə çağırıb. A. Petriaşvilinin vəziyyəti hazırda stabildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...