Poroşenko əmr verdi - Krım qaytarılır?

Poroşenko əmr verdi -


Ukrayna prezidenti Pyotr Poroşenko Müdafiə Nazirliyi və Silahlı qüvvələrin Baş qərargahına Krım, həmçinin bütün Qara dəniz sahili üzrə sərhəddə hərbi imkanları gücləndirməyi tapşırıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının rəsmi saytında bildirilir.

Poroşenkonun sözlərinə görə, Rusiya regionda hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb və faktiki olaraq Krımı böyük hərbi bazaya çevirib. Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanı deyil, həm də Qara dəniz regionunun bütün ölkələrini təhdid edir.

Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov Krımın qaytarılması üçün Milli Qvardiya, polis və ordu bölmələrinin hazır olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...