Ramzan Kadırov prezidentlikdən gedəcəyini deyib

Ramzan Kadırov prezidentlikdən gedəcəyini deyib


"Çeçenistanın rəhbəri vəzifəsində mənim vaxtım başa çatıb. Ölkə rəhbərliyi bu vəzifəyə başqa adam tapmalıdır". APA-nın xəbərinə görə, bu barədə Rusiyanın NTV telekanalına müsahibəsində Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.

"Bu günə qədər məndə hər şey alınırdı. İstəmirəm ki, adımı xalqıma qarşı istifadə etsinlər. Buna görə, dövlət mənim yerimə başqasını tapmalıdır. Mənim vaxtım keçdi. Bizim komandamızda məni əvəzləyə biləcək kifayət qədər istedadlı adam var. Hər şeyin bir həddi var. Bu, Kadırov üçün bir həddir", - deyə R. Kadırov bildirib.

Qeyd edək ki, R. Kadırov 2007-ci ildən respublikaya rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...