Azad Suriya Ordusunun briqada komandiri: "Atəşkəs rejiminə əməl olunur"

Azad Suriya Ordusunun briqada komandiri:


Suriyada bu gecədən qüvvəyə minmiş atəşkəs rejiminə əməl olunur. APA-nın RIA "Novosti”-yə istinadən verdiyi məlumata görə, Azad Suriya Ordusunun briqada komandiri Husam Saleh Alyan Dəməşq yaxınlığında silahlı toqquşmaların daha çox baş verdiyi Daraya şəhərində atəşkəs rejiminin pozulmadığını açıqlayıb: “Saat 00:06 bir neçə atəş səsləri eşidildi. 00:10-dan sonra isə heç bir atəş açılmayıb”.

Rusiya Müdafiə Nazirliyi isə Suriyanın 34 yaşayış məntəqəsində hərbi əməliyyatların dayandığını açıqlayıb. Rusiya Hava Kosmik Qüvvələrinin Suriya vaxtı ilə saat 00:00-dan atəşkəs rejiminə əməl edilməsi ilə bağlı müraciət göndərən silahlı qruplaşmalara zərbələri dayandırdığı da bildirilib: “Hava Kosmik Qüvvələri Suriyanın bütün ərazilərində vəziyyəti nəzarətdə saxlayır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...