Klinton ilkin seçkidə qalib gəldi

Klinton ilkin seçkidə qalib gəldi


Demokrat Partiyasından ABŞ prezidenti postuna namizədliyə iddialı sabiq dövlət katibi Hillari Klinton Cənubi Karolina ştatında keçırilən ilkin seçkidə 74 faiz səs toplayarq inamlı qələbə qazanıb

Cənubi Karolina Demokrat Partiyasından namizədlik uğrunda mübarizə aparan 68 yaşlı Hillari Klintonun və 74 yaşlı senator Berni Sandersin qüvvələrini sınadıqları dördüncü ştat olub. Hazırda Klintonun hesabında partiya nümayəndələrinin 550, onun rəqibinin aktivində isə cəmi 85 səsi var. Bu partiyadan prezident postuna iddialı şəxs namizədliyini təmin etmək üçün milli qurultayda 4764 nümayəndədən 2383-nün dəstəyini qazanmalıdır.

Qarşıdan isə “super çərşənbə axşamı” gəlir. Belə ki, martın 1-də eyni vaxtda 11 ştatda və Amerika Samoasında ilkin seçkilər və partiya fəallarının yığıncaqları keçiriləcək. Bu, prezident postuna namizədlik uğrunda mübarizənin mühüm mərhələsi hesab olunur.

Xatırladaq ki, Demokrat Partiyası öz qurultayını iyulun 25-28-də Filadelfiyada, Respublika Partiyası isə iyulun 18-21-də Klivlenddə keçirəcək. Prezident seçkiləri isə noyabrın 8-nə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...