“Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi dəstəkləyir” - Avropa Komissiyasının vitse-prezidenti

“Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi dəstəkləyir” -


“Xəzər dənizinin resurslarının Avropa bazarlarına çatdırılması böyük əhəmiyyət daşıyır”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib.

M. Şevçoviç deyib ki, Avropa İttifaqı enerji təhlükəsizliyini mühüm məsələ hesab edir: “Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük maraq var. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə maraq və dəstəyini yüksək qiymətləndirirəm. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi dəstəkləyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...