Rubl 2 ay sonra kəskin bahalaşdı

Rubl 2 ay sonra kəskin bahalaşdı


Rusiyada rublun məzənnəsi neftin bahalaşması fonunda dollar və avroya nisbətdə kəskin güclənib. Axar.az xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dolları 1,27 rubl ucuzlaşaraq 73,92 rubl olub. Avro isə 1,44 rubl dəyər itirərək 80,40 rubla düşüb.

Bu, rublun avro və dollar qarşısında 2016-cı ilin yanvarın əvvəlindən bəri ən yüksək göstəricisidir. Qeyd edək ki, rublun güclənməsinə səbəb neftin bahalaşmasıdır. Bu gün “Brent” markalı neft bahalaşaraq 37,04 dollara yüksəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...