ABŞ-da polis əməkdaşı qaradərili gənci güllələyib

ABŞ-da polis əməkdaşı qaradərili gənci güllələyib


ABŞ-ın Roli şəhərində (Şimali Karolina ştatı) polis əməkdaşı qaradərili gənci güllələyib. APA-nın ABC-yə istinadən verdiyi məlumata görə, polis əməkdaşı xidməti silahından 24 yaşlı Ekiyel Denkinsi güllələyib. Adı açıqlanmayan polisin iddiasına görə, o, özünümüdafiə məqsədi ilə atəş açıb. Öldürülən gəncin anası isə israr edir ki, oğlu polisdən qaçmaq istədikdə kürəyindən güllələnib.
Xatırladaq ki, 2014-cü ildə Missuri ştatında 18 yaşlı qaradərili gəncin polis tərəfindən güllələnməsi ABŞ-da kütləvi etirazlara səbəb olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...