cibgirlərə görə Eyfel qülləsi bağlandı...

cibgirlərə görə

Bu gün Eyfel qülləsi işçi heyətinin etiraz aksiyası keçirməsi səbəbindən ziyarətçilərin üzünə bağlanıb. Etiraza səbəb ölkənin ən görməli yerinin yaxınlığında cibgirlərin sayının artmasıdır.

Bu barədə "Trend" RİA Novosti-yə istinadən məlumat verir. Etirazçılardan biri "Frans Press" agentliyinə müsahibəsində deyib: "Cibgirlər 4-5 nəfərdən ibarət dəstə təşkil edirlər. Hərdən onların sayı 30-a çatır".
Əməkdaşların əsas tələbi "hər gün çoxsaylı turistin qurbanı olduğu bu müsibətə son qoymaq üçün uzunmüddətli və effektiv tədbirlərin qəbul edilməsi ilə bağlı rəhbərlikdən rəsmi zəmanət" almaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...