Telman İsmayılovun borcu 2,1 milyard dollara çatıb

Telman İsmayılovun borcu 2,1 milyard dollara çatıb


Azərbaycan əsilli eks-milyarder Telman İsmayılova qarşı irəli sürülən borc iddialarının həcmi 160 milyard rubla (2,1 milyard dollar – red.) çatıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. İsmayılovun kreditorlara olan borcu 140 milyard rubldur. Üstəlik, ona qarşı hazırda “Bank Moskva” tərəfindən qaldırılmış məhkəmə iddiası da var. Bu iddiaya əsasən, İsmayılov banka 21,1 milyard rubl (286,4 milyon dollar – red.) borcludur.

İsmayılovun borclu olduğu şəxslər sırasına daha bir nəfər qoşulub. Rusiya mətbuatının məlumatına görə, onun adı Vitali Maşitskidir. “Rostex” dövlət korporasiyası rəhbərinin dostu olan Maşitski İsmayılovun ona 27,5 milyon dollar borcu olduğunu iddia edib.

Qeyd edək ki, Telman İsmayılov bir müddət öncə özünü müflis elan edib və bununla bağlı Moskva Arbitraj Məhkəməsinə müraciət edib.

İsmayılov həm də Çerkizov bazarının keçmiş sahibidir. Rusiya rəhbərliyi ilə arasında yaranan konfliktdən sonra yəhudi oliqarx öz sərvətinin böyük hissəsini Türkiyəyə köçürüb. Moskva isə bu bazarın tamamilə ləğv edilməsi haqqında qərar qəbul edib. Müflis elan olunmazdan bir neçə gün öncə onun Moskvadakı məşhur “Praqa” restoranı da satışa çıxarılıb. İsmayılov həmçinin bir müddət öncə Antalyada 1,4 milyard dollara tikdirdiyi “Mardan Palas” otelini də satmağa məcbur olub. Otelin yeni sahibi Türkiyənin “Xalq Bank”ı 360 milyon türk lirəsi ödəyərək, yəhudi oliqarxın mülkünə sahib çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...