“Petkim” ötən ili mənfəətlə başa vurub

“Petkim” ötən ili mənfəətlə başa vurub


Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki yatırımı olan və bu ölkənin neft-kimya xammal istehsalçısı “Petkim” ötən il üçün maliyyə göstəricilərini açıqlayıb.

“APA-Economics”in şirkətin hesabatına istinadən verdiyi məlumata görə, şirkət 2015-ci ili 639,2 mln. türk lirəsi və ya 219,4 mln. ABŞ dollarlıq xalis mənfəətlə başa vurub. İlin ilk rübü ilə müqayisədə ilin sonuna xalis mənfəətdə 14% artım qeydə alınıb.

Ötən ilin əvvəlində şirkətin aktivləri 4 mlrd. 532,6 mln. lirəyə (1 mlrd. 555,7 mln ABŞ dolları) bərabər idisə, ilin sonunda bu göstərici 5 mlrd. 460,7 mlrd. lirəyə (1 mlrd. 874,2 mln. ABŞ dolları) qədər artıb. Ümumiyyətlə 2014-cü il ilə müqayisədə şirkətin aktivlərində 44% artım qeydə alınıb.

Hesabat dövründə şirkətin illik istehsal gücü 87%-ə yüksəlib.

Qeyd edək ki, “Petkim Petrochemical Holding AS”səhmərinin 61,32%-ni SOCAR-a məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...