"Tramp prezident seçilərsə, amerikalılar ölkəni tərk edəcəklər"
"Əgər Amerika Birləşmiş Ştatları prezidenti postuna respublikaçı namizəd Donald Tramp seçilərsə, inqilab çox tez baş verə bilər." ANS PRESS-in məlumatına görə, bunu amerikalı aktrisa, Hollivud ulduzu Syuzan Sarandon deyib. Aktrisa Kolumbiyaya səfəri zamanı Kartagena Film Festivalında jurnalistlərə açıqlamasında bu barədə danışıb.
Donald Tramp prezident seçilərsə, amerikalıların əksəriyyəti ölkəni tərk edib Kanadada məskunlaşa bilər.
Demokratların namizədi Berni Sandersi dəstəkləyən Syuzan Sarandon, Donald Trampı tənqid edib. Aktrisanın sözlərinə görə, Trampın əvvəlki həftələrdə qələbəsinə görə medianı tənqid etmək lazımdır, çünki jurnalistlər Trampa konkret suallar vermirlər.
Syuzan Sarandon həmçinin bildirib ki, əgər Donald Tramp prezident seçilərsə, amerikalıların əksəriyyəti ölkəni tərk edib Kanadada məskunlaşa bilər.
Bu arada Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd olan respublikaçı Donald Tramp zorakılığa qarşı qanunları genişləndirmək istədiyini bildirib. Tramp, Ağ Evin yeni sahibi olacağı təqdirdə, zorakılıqdan istifadəni məhdudlaşdıracaq bütün qanunları sərtləşdirəcəyini bəyan edib. Respublikaçı namizəd Florida ştatının Orlando şəhərində mitinq zamanı bu barədə danışıb.
«Biz bu qanunları genişləndirəcəyik, çünki biz iki cür qaydalarla oynayırıq. Biri onların qaydaları, biri də bizim qaydalarımız və bu qanunlar genişləndiriləcək və sərtləşdiriləcək» - deyə Donald Tramp bildirib.
Donald Trampın bu bəyanatına baxmayaraq, o, bundan əvvəl dəfələrlə zorakılığı dəstəkləyən bəyanatlar səsləndirib. Tramp hətta ekstremistlərin həyat yoldaşları və uşaqları ilə birlikdə öldürülməli olduğunu deməsi ilə tənqidlərə məruz qalmışdı.
923 dəfə oxundu