Obamanın səlahiyyətləri artırıldı

Obamanın səlahiyyətləri artırıldı

ABŞ senatı beynəlxalq ticarət sazişləri sahəsində prezidentin səlahiyyətlərini artıran qanun layihəsini qəbul edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, layihəsinin qəbuluna dair keçirilən səsvermə zamanı 62 senator qanunun lehinə, 37 senator isə əleyhinə çıxıb. Bundan sonra layihə Konqresin nümayəndələr palatasında da təsdiq olunmalıdır. Qanun layihəsi ABŞ-ın hazırkı və gələcək prezidentinə beynəlxalq ticarət sazişlərini imzalayarkən xüsusi səlahiyyətlər verir.

Prezident Barak Obamanın Ağ Ev tərəfindən yayılan bəyanatında layihə qanuni qüvvəyə mindikdən sonra orta sinfin imkanlarının genişlənəcəyi və amerikalı iş adamlarına yeni imkanlar yaranacağı qeyd edilir. Bundan başqa, dünya ticarətində Amerika biznesinin maraqlarına cavab verən qaydaların tətbiqi mümkün olacaq və ABŞ məhsullarının xaricə ixracı artacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...