Rusiyada ixracın həcmi bir ildə 38 faiz azalıb

Rusiyada ixracın həcmi bir ildə 38 faiz azalıb


2016-cı ilin yanvar ayının yekunlarına əsasən, Rusiyada ixracın həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 37,8 faiz azalıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətinin (FGX) məlumatında bildirilir.

“2016-cı ilin yanvarında ixracın həcmi 17,6 mlrd avro təşkil edərək, 2015-ci ilin yanvarı ilə müqayisədə 37,8 faiz azalıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiyada ixracın əsasını (67,6%) yanacaq-energetika kompleksinin məhsulları – neft, qaz, daş kömür, elektrik enerjisi və s. təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...