Türkiyədə terroru dəstəkləyən qəzetə qarşı cinayət işi açıldı

Türkiyədə terroru dəstəkləyən qəzetə qarşı cinayət işi açıldı


Türkiyədə çıxan "Özgür gündəm" qəzeti Ankarada törədilən terroru sevinclə qarşıladığı üçün Ankara Prokurorluğu cinayət işi açıb. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qəzetin martın 14-ü sayı "Novruzun ayaq səsləri" manşeti ilə çıxıb. Bu yazıda Türkiyəyə və onun ərazi bütövlüyünə qarşı iddialar irəli sürülüb.

Xatırladaq ki, terrorçu PKK silahlıları və onun havadarları Novruzda Türkiyədə qarışıqlıq salacaqları ilə bağlı xəbərlər yayıblar. Bu baxımdan qəzet rəhbərliyi manşetində buna işarə edib.

"Özgür gündəm" Türkiyədə çıxır və davamlı olaraq terrorçu PKK və onun iddialarını təbliğ edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...