Pərviz Müşərrəfin ölkəni tərk etməsinə icazə verildi

Pərviz Müşərrəfin ölkəni tərk etməsinə icazə verildi


Pakistan Ali Məhkəməsi sabiq prezident Pərviz Müşərrəfin ölkədən çıxışına qoyulan qadağanın ləğvinə qərar verib. APA-nın verdiyi xəbərə görə, məhkəmə hökumətin apellyasiya şikayətini rədd edib. P. Müşərrəfin vəkilləri sabiq prezidentin onurğa sütununda yaranan problemlərlə əlaqədar tibbi yardıma ehtiyac duyduğunu bildiriblər. Həmin tibbi prosedurlar isə Paksitanda mövcud deyil.

Qeyd edək ki, general Pərviz Müşərrəf 2001-ci ildən 2008-ci ilədək Pakistanın prezidenti olub, 2008-ci ildə ölkəni tərk edib. 2012-cü ildə Pakistana geri dönən P. Müşərrəf parlament seçkilərində iştirak etməyi planlaşdırsa da, ölkə hakimiyyəti ona qarşı dövlətə xəyanət və müxalifət lideri Bənazir Bhuttoya törədilən sui-qəsdlə bağlı məsələlərdə ittiham irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...