"Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb"

"Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb"


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovla bağlı sensasion məktub yayılıb. Pia.az-ın tirajladığı məktub Beytulla Hüseynovun ədalətsizlik və haqsızlıqları ilə üzləşmiş bir qrup işçisi adından yazılıb.

Həmin məktubu təqdim edirik:

"İlkin olaraq bildirək ki, rabitə sahəsində saxtakarlıqla məşqul olan, vəzifəsindən sui-istifadə edən, dövlət vəsaitini mənimsəyən, korrupsiyanı inkişaf etdirən və rabitəçilərin pullarını yeyib talayan bir neçə rəhbər vəzifələrdə işləyən şəxslərin işdən azad edərək, onların həbs olunmalarına görə ölkə başcısına öz minnətdarlığımızı bildirmək istəyirik. Uzun illərdir ki, heç kim sözünü deyə bilməyib. Deyəbilən də ya işdən azad olunurdu, ya da MTN-lə hədələnirdi.

Beytulla Hüseynovun, Anar Mustafayevin, Vidadi Zeynalovun, Bayram Vəliyevin və Emin Məmmədovun BTRİB-dən getmələri bütün işçiləri sevindirdi və ümüd edirik ki, rabitəçilərin kəsilmiş pulları bərpa olunacaq (13-cü əmək haqqı, bayram pulları, zərərli işə görə ödənişlər, maddi yardımlar, 25% aylıq mukafat, yol pulları və sair).

Kəsilmiş bizim pulları təmir-tikinti və ya investisiya qoyuluşları adı ilə kabel qurğuların tikintisinə yönəldərək bu şəxslər ölkəmizin müxtəlif ərazilərində və xarici ölkələrdə özlərinə onlarla villalar, obyektlər, bahalı avtomobillər, torpaq sahələri, qızıllar, brilyantlar, arvadlar və otellər alıblar.

Bir nəzər salın, Nəriman Salmanov həbs olunmayıb və işdən kənarlaşdırılmamışdır. Necə olur ki, Beytulla Hüseynovun qara tapşırıqlarını qovşaq rəisləri və BTRİB-in şöbə rəisləri neçə illərdi ki, icra etdikləri halda, təmir-tikinti muqavilələrini qovşaq rəisləri imza etdiyi və saxta eskizlərin icrasını təmin etdikləri halda Beytulla Hüseynov həbs olunur, lakin digər rəislər həbs olunmurlar və ya işdən kənarlaşdırmırlar? Qovşaq rəislərinin hamısı saxtakar və rüşvətxorlardır.

Son vaxtlar bir neçə qəzetlərdə və internet saytlarında Nəriman Salmanovu zərər çəkmiş qismində, yəni 2004-cü ildə Nəriman Salmanovun 500000 (beş yüz min) dollar vəsaitini Rabitə Naziri alıb və qaytarmayıb, Beytulla Hüseynovun sifarişi ilə MTN tərəfindən Nəriman Salmanovun başına "torba” salaraq "padvala” aparılmış və sair kimi məsələlər haqqında məqalələr dərc edilmişdir. Araşdırma nəticəsində və həm də məqalələrdən görünür ki, Nəriman Salmanov bu cür məlumatları saytlara və qəzetlərə özü göndərirmiş.

Maraqlıdır, 2004-cü ildə Nəriman Salmanov 500 000 manat vəsaiti hardan əldə edib və Nəriman Salmanov 500 000 manat rüşvət verdiyinə görə niyə həbs olunmayıb. Görünür əvvəllər Gəncə Telekomunikasiya Qovşağını Nəriman Salmanov "yaxşıca” yeyib talayıb.

Belə çıxır ki, həbs olunmuş Beytulla Hüseynov kimi və digər, rabitəçilərin pullarını yeyib talayan bir qrup adamlar, digər Nəriman Salmanov kimi yeyib talayanla əvəz olunacaqlar? Bu nəyi dəyişir? Yenə bizim əmək haqqılarımız kəsilərək digər sahələrə yönələrək yeyilib talanacaq?

Bir zamanlar, 2004-cü ildə həmin Nəriman Salmanov 500 000 manat rüşvət verib BTRİB-in baş direktoru vəzifəsinə təyin olaraq, Qovşaqların bütün vəsaitlərini təmir-tikinti, kabel qurğularının tikintisi və keyfiyyətsiz malların alınmasına yönəldərək, küllü miqdarda saxta MMC-lərdən "atkatlardan” və "obnaliçkalardan” vəsaitləri mənimsədiyi deyəsən yaddan çıxıb? Qara işlərin görülməsi ilə bağlı bütün müqavilələr "Qara Çay” şirkətinin yiyəsi, Nəriman Salmanovun yaxın dostu, Azər Yüsifovla bağlanaraq vəsaitlər mənimsənilirdi.

Prezidentin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAC-da dələduz şirkətlər haqqında dərc olunmuş geniş həcmli məqaləsində həmin "Qara Çay” şirkətinin adı xüsusi yer alıb.

Sabiq MTN naziri Eldar Mahmudovun himayəsi ilə Beytulla Hüseynovun, Vidadi Zeynalovun, Anar Mustafayevin, Bayram Vəliyevin və Emin Məmmədovun etdikləri cinayyətlərin yeni müllifləri Baş Prokuror Zakir Qaralovun himayəsi ilə BTRİB-in yeni baş direktoru və ya Aztelekom MMC-nin yeni sədri Nəriman Salmanov və saxta MMC-lərin yiyəsi Azər Yüsifov kimilər olacaqlar?

BTRİB şəbəkəsində iki min nəfərdən çox rabitəçi çalışır, bu da təxminən on mindən çox insan təşkil edir. Bu Rabitəçi ailələrini, Azərbaycan Respublikasının vətəndaşlarını kim dolandıracaq? Hal-hazırda heç bir əmr olmadan, heç bir əmək haqqı ödənişi olmadan, heç bir Həmkarlar Komitəsi ilə razılaşdırmalar olmadan, 8 saat əvəzinə 10-12 saat işlətdikləri azimiş hələ işçilər istismar olunaraq şənbə və bayram günlərində də işə çıxmağa məcbur olunurlar. Bu gün də, Beytulla Hüseynovun, Vidadi Zeynalovun, Anar Mustafayevin, Bayram Vəliyevin və Emin Məmmədovun etdikləri cinayyətlərə görə bizlər əziyyət çəkməliyik?

Rabitə ölkənin ənn əsas strateji müəssisələrindən biridir. Vaxtı ilə BTRİB-də cəmi 5 ay işləmiş Nəriman Salmanov da "bərk” getdi, özünü itirmişdi. Hamını işdən azad etməklə hədələyirdi. Sonra isə şöbə rəislərinin 90%-dan 3000-5000 manat rüşvət alaraq işdə saxladı. Beytulla Hüseynov da "göylə” gedirdi. Rabitənin "qanını içdi”. İşçilərə zülm və təqqir etmekdən həzz aldı. Pul və vəzifə onu qudurtmuşdur. İndi, nə edir görəsən? Hər şeyin əvvəli varsa, sonu da var.

Yeni iş yerləri açmaq əvəzinə, insan resurslarından səmərəli istifadə etmək əvəzinə qeyri-qanuni ixtisar işləri aparmaqla dövlət başçısının tapşırığını saymamaq deməkdir. 10, 15, 20, 30 ilin rabitəçiləri rabitədən anlayışı olmayan işçilərlə əvəz edərək rabitənin məhfi deməkdir. Beytulla Hüseynovu, Vidadi Zeynalovun və Anar Mustafayevin savadsız və varlanmış qohumlarını işdən azad etmək məqsədə uyğun olduğunu hesab edirik.

İşçilərə vurulmuş mənəvi və maddi zərərin haqqını kim və nə vaxt ödəyəcək? Cənab Prezidentin sərəncamına əsasən 6 dekabr Rabitəçi günü elan edilmişdir və buna baxmayaraq bizim bayram pullarımız Yeni İl bayramı ilə cəmləşdirib, dekabr ayının sonunda bir aylıq vəzifə maaşı əvəzinə 100 manat ödənilir. Niyə? On ildir ki, hər ay işçilərə 25% əvəzinə 15% əlavə əmək haqqı (mükafat), Rabitəçi günündə bir aylıq vəzifə maaşı əvəzinə 30 manat miqdarında mükafat ödənilirdi. Digər bayamlarda da 20 manat bayram pulu ödənilir. Guya vəsait çatmır? Lakin təmir tikinti və ya kabel qurğularının tikintisi üçün saxta MMC-lərə, villalar tikdirməyə və digər əmlaklar almağa vəsait tapılırdı.

13-cü əmək haqqı, bayram pulları, işçilərin zərərli işə görə ödənişləri, maddi yardımlar, yol pulları və sair ödənişlər kəsilib və ya ümumiyyətlə ləğv olunub. Bu cür təkliflər Azərbaycanlıları sevməyən MƏŞ-in rəisi, milliyətçi Zöhrab Yarəhmədov tərəfindən verilirdi və icra olunurdu. 2005-ci ildə BTRİB-ə gələn kimi Beytulla Hüseynov, baş mühasib Anar Mustafayev və MƏŞ-in rəisi Zöhrab Yarəhmədov Kollektiv Muqaviləsinin bəndlərinə yenidən baxaraq işçilərin ziyanına dəyişdirilmişdir. Həmkarlar Komitəsinin sədrləri də heç müdaxilə edə də bilməzdirlər. Əks halda Beytulla Hüseynov tərəfindən onlar işdən azad olunacaqlar.

Müəssisənin gəlirlərinin artırılması və rabitənin, yəni qeyri neft sektorunu inkişafı ilə əlaqədar təkliflər vermək əvəzinə Azərbaycanlıları sevməyən MƏŞ-in rəisi milliyətçi Zöhrab Yarəhmədov 10 il ərzində işçərin ştat vahidlərində dərəcələrin aşağı salınması, ödənişlərin kəsilməsi və digər müxtəlif maxinasiyalarla məşqul olurdu. Əvəzində də Beytulla Hüseynov tərəfindən Zöhrab Yarəhmədova verilən "PAKET”in məbləği artırılırdı. Bunlar niyə araşdırılmır?

Hal-hazırda da Beytulla Hüseynovun komandasından olan MƏŞ-in rəisi Zöhrab Yarəhmədov baş direktorun müavini Xankişi Kişiyevlə kollektiv muqaviləsinin bəndlərini yenidən işçilərin ziyanına dəyişdirməyə çalışırlar. Hal-hazırda, Zöhrab Yarəhmədov bir başa təxribatla məşğuldur. Maliyyə işləri ilə məşğul olmaq əvəzinə Zöhrab Yarəhmədov qovşaqlarda nizam-intizam və digər səviyyəsiz işlərlə məşğuldur. Onsuzda işçilərin maliyyə durumu bərbat vəziyyətdədir. Aldıqları əmək haqqı ilə dolana bilmirlər, xərclərini ödəyə bilmirlər, kreditlərini ödəyə bilmirlər, dərman preparatlarını ala bilmirlər, yol pullarını belə ödəyəbilmirlər.

Biz hesab edirik ki, Zöhrab Yarəhmədov hərəkətləri ilə iki mindən çox olan rabitəçi kollektivini hakimiyyətə qarşı qaldırmaq məqsədi güdür. Xankişi Kişiyev (İnglis bayrağı) rabitədə işlədiyi dövrdə, 7-8 rəis BTRİB-ə gəlib və gedib. Xankişi Kişiyev "mən XDMX-nin himahəsi altında burada uzun müttədir ki, işləyirəm, məni heç kim işimdən azad edə bilməz” deyə qeyd edirdi. Həmçinin bunlar tərəfindən hansı işçilər bəyənilmirsə işdən azad etməyə çalışırlar. Kim bunlara bu cür səlahiyət verib? Özlərini də elə aparırlar ki, guya bunlar cinayyət etməyiblər, Beytulla Hüseynovla heç bir yeyinti işlərində iştirak etməyiblər və ancaq əmək haqqı hesabına yaşayıblar.

10 il ərzində savadlı işçilər nahaq yerə cəzalandırılaraq, pulları kəsilmiş, təqqir olunub və işdən azad olunmuşlar. Kimlərsə müxtəlif xəstəliklər tapdılar, kimlərsə vəfat etdilər, kimlərsə də işsizlikdən əziyyət çəkirlər. Onların yerlərinə də Beytulla Hüseynovun, Vidadi Zeynalovun və ya Anar Mustafayevin qohumları və ya yaxınları yerləşdirilmişdir. Onların əmlaklarına niyə həbs qoyulmur? Bunların əvəzini kim ödəyəcək?

Beytulla Hüseynov öz bacısı Fəridə xanımı, bacısının yoldaşı anbardar Hüseyn, bacısının oğlu Kamal, qardaşının həyat yoldaşını, BTRİB-in qarajına Ceyhun adlı bacanağını, Azərbaycanlıları sevməyən MƏŞ-in rəis milliyətçi Zöhrab Yarəhmədov, Baş direktorun müavini Əhməd Mehdiyev, Yasamal TQ-nin hal-hazırki baş mühəndisi Rəsul Qurbanov, saxta MMC-lərin rəhbərləri-saxtakarlar Bayram Vəliyev və Emin Məmmədov, LKŞ-nin rəisi, vahabi Şahzadə, Texniki şöbənin rəisi-saxtakar Abbas, Xətt xidmətinin rəisi, Təhcizat Şöbəsinin rəisi-saxtakar Elxan, Xəzər TQ-nin rəisi savadsız Cavid Həsənov.

Ağsulu, Xəzər Telefon TQ-nin rəisi Cavid Həsənov yaxınına, yəni Cəlilabad rayon İcra Başcısı Əziz Əzisovun "qara kassiri”, Ağsulu Ceyhun adlı yerlisinə 70000.00 manat rüşvət verərək, Nazir Səlim Müslümovun dəsdəyi ilə Xəzər Telefon Qovşağının rəisi vəzifəsini satın almışdır. Yəni, 70000.00 manat Səlim Müslümova çatmışdır.

Beytulla Hüseynov Yasamal TQ-nin rəisi saxtakar Mirbaba Babayev, Nizami Telefon Qovşağının baş mühəndisi səriştəsiz Yasin, AHŞ-nin rəisi saxtakar Vaqif, AHŞ-nin rəisi saxtakar Rəşid, CİŞ-in rəisi saxtakar Rəşadət, St.xidmətinin rəisi Qalib, Nizami TQ-nin Kadrlar Şöbəsinin rəisi, LAK-ın kollektivinin 70-80%-zi Beytulla Hüeynovun qohumları, və digər 10-larla qohumlarını və yaxınlarını yerləşdirmişdir.

Beytulla Hüseynovun komandasının saxtakarları müxtəlif saxtakar yollarla, idarənin vəsaitlərini yeyib talayaraq varlandılar. İndi isə pulsuzduqdan bizlər əziyyət çəkməliyik və ya işdən qovulmaqla yenidən hədələnməliyik?

Bunlar niyə araşdırılmır?

Hamıya məlumdur ki, Mühasibatlıq sahəsində Anar Mustafayev BTRİB-in mühasibatlıq şöbəsinə MTN-ə qulluq edən qohumu, "yuyulmuş” pulları daşıyan homoseksual Asif; Anar Mustafayevin qohumu Elçin adlı mühasib; Anar Mustafayevin Nigar adlı "sevgilisi”; mühasiblər Əhməd və Azad Abasov; Nizami TQ-nin baş mühasibi Rəşad; Beytulla Hüseynovun sürücüsünün (Aydın) qohumu Sabunçu TQ-nin baş mühasibi Amil; Xəzər TQ-nin baş mühasibi Toğrul; B.Hüseynovun qohumu Bakı Kabel Qovşağının baş mühasibi Gündüz; Nizami TQ-nin MƏŞ-in rəisi Rəşad və digər yaxınlarını yerləşdirmişdir. Zöhrab Yarəhmədov, bunların qarşısını ala bilərdin?

MTN-nin himayəsi ilə Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev, Bayram Vəliyev və Emin Məmmədov birləşərək, şəbəkə yaradıb 100000000 (yuz milyon) manat yox, 100000000-larla (yüz milyonlarla) manat vəsait mənimsəyiblər. Həmin vəsaitlərə onlarla villalar, onlarla müxtəlif bahalı obyektlər, bağlar, torpaq sahələri, bahalı avtomobillər və qızıl-zinyət əşyaları alınıb. Bunların 2-ci və 3-cü "arvadlarına” evlər, avtomobillər və qızıl-zinyət əşyaları alınıb. Zöhrab Yarəhmədov bunların hamısını bilirdi və niyə qarşısını almadı? Lakin on ildir ki, müxtəlif yollarla işçilərin əmək haqqı ödənişlərinın azaldılmasını həvəslə edirdi. Çünki, Anar Mustafayev saxta MMC-lərə vəsaitləri köçürüb və yuyulmasını icra etməli idi. Həmin "çirkli” pullrdan da Zöhrab Yarəhmədova bol-bol "PAKET” verilməli idi. Rabitədə hamıya məlumdur ki, Beytulla Hüseynov əsas olaraq Baş mühasib Anar Mustafayevin, Maliyyənin rəisi Zöhrab Yarəhmədovun və qovşaq rəislərinin vasitəsi ilə "qara” əmmələrini həyata keçirirdi. Maraqlıdır, Prokurorluq tərəfindən niyə bu işlər araşdırılmır və niyə Zöhrab Yarəhmədov hələ də həbs olunmayıb.

Rabitədə hamıya məlumdur ki, Beytulla Hüseynov iş otağında qız uşaqları-katibələri ilə min cür əxlaqsızlıqlarla məşğul olub. Beytulla Hüseynovla Anar Mustafayev vəzifələrindən sui-istifadə edərək, 109 Məlumat Sorğu Sexinin, 122 Mərkəzi Təmir Bürosunun və qovşaqların bəzi cavan xanım işçilərini əxlaqsızlığa məcbur ediblər. Qəbul günlərində, qəbul etdikləri xanım abunəçilərini belə əxlaqsızlığa məcbur edirdilər. Evladlarına yüz minlik avtomobillər, villalar və brilyantlar alıblar. Beytulla Hüseynovun evladı toydan sonra bal ayını İsveçrədə qeyd edirdi. Beytulla Hüseynov Flora adlı "arvadı” ilə Bodrum, Antaliya və digər şəhərlərdə istirahət edirdi.

Hamıya məlumdur ki, Anar Mustafayevin Zığ qəsəbəsindəki 2 mərtəbəli villanı, rabitənin vəsaitləri digər adla köçürülərək Emin Məmmədovun təmir-tikinti şirkəti tərəfindən inşa edilmişdir. Bütün əmlaklar da başqa şəxslərin və yaxınlarının adlarına rəsmləşdirilmişdir. Bu vəsitləri idarəyə gətirmək üçün bizlər illərdi əmək sərf etmişik, canımızı qoymuşuq, hər gün 12-14 saat çalışmışıq, haqqsız cəzalanmışıq, pullarımız kəsilib, ailə probləri ilə məşğul ola bilməmişik, evladlarımızın lazımı səviyyədə tərbiyyəsi ilə məşğul ola bilməmişik, evladlarımızın istədiklərini ala bilməmişik, xeyir-şərdə iştirak edə bilməmişik. Bunlar isə rabitəçiləri hər dəfə müxtəlif yollarla aldadaraq və pullarımızı kəsərək, ciblərini dolduraraq, dəbdəbəli həyat yaşayırdılar. İndi isə Zöhrab Yarəhmədov yeni komanda ilə yenə "at oynadacaq”? Bu vəsaitləri kim qaytaracaq?

Beytulla Hüseynov Xətai Telefon Qovşağında Abunə şöbəsinin işçisi, heç bir savadı olmayan, yalnız abunəçilərdən pul qoparmaq məqsədi ilə Flora adlı 2-ci arvadına şəhərin mərkəzində, H.Əliyev Kompleksinə yaxın olan yeni tikilidə 3 otaqlı təmirli mənzil, Mersedes markalı avtomobil və müxtəlif qızıl-zinyət əşyaları alıb hediyyə edib. Anar Mustafayev BTRİB-in mühasibatlığında ikinci "arvadını” yanında işlə təmin edərək, hal-hazırda da BTRİB-in mühasibatlığında mühasib vəzifəsində işləyən Nigar adlı "arvadına” Nissan markalı avtomobil və Yasamalda yeni tikilidə 2 otaqlı mənzil hədiyyə edib. Bunlardan əlavə, Anar Mustafayev mühasibatlıqda qara əməllərini həyata keçirmək məqsədi ilə, əvvəllər onunla birgə işləmiş Azad Abasovu BTRİB-də yerləşdirmişdir. Əvəzində də Anar Mustafayev rabitəçilərin binasında onun mənzil problemini həll etmişdir. Hal-hazırda da Azad Abasov Bakı Kabel Qovşağının baş mühasibi vəzifəsinə təyin olundu.

Həmin əmlaklar hamısı müsadirə olunub, auksiyonda satılaraq budcəyə yox, hansısa şəxsin adına yox, Rabitə qovşaqlarının hesabına köçürülməlidir. Büdcəyə pullar kifayyət qədər ödənilib. BTRİB üzrə hər il Vergiyə 150,0 (yüz əll) min manata yaxın rüşvət verilirdi. Bu pullar rabitənin pullarıdır, bu pullar vergisi verilmiş pullardır, bu pullar bizim əməyimizin pullarıdır, bu pullar bizim almadığımız pullardır, bu pullar bizim kəsilmiş pullardır, bu pullar bizim balalarımızın pullarıdır, bu pullar işdən çıxarılanların pullarıdır, bu pullar bizim artırılmamış əmək haqqlardır.

Həmin əmlaklar, avtomobillər və qızıl-zinyət əşyaları bir-bir araşdırılaraq dəyərləndirilsin, auksiyonda satılsın və pul şəkilində BTRİB-in qovşaqlarının gəlirinə nisbətən bölünərək altı qovşağın hesabına köçürülməsinə gösrəriş verilməsini biz dövlət başcısından xahiş edirik. Həmin vəsait qovşaqların vacib problemlərin həllinə və qovşaqların işçilərinə mükafat və ya digər şəkildə ödənilməsini xahiş edirik. Həmçinin BTRİB sahəsində Zöhrab Yarəhmədov kimi digər Beytulla Hüseynovun, Anar Mustafayevin və Vidadi Zeynalovun komandasından qalan işçilərin BTRİB sahəsindən təmizlənməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...