Madridin ən iri məscidinə siqnal raketləri atdılar

Madridin ən iri məscidinə siqnal raketləri atdılar


Ultrasağ fəallar İspaniya paytaxtının ən iri məscidinə siqnal raketləri atıblar. RİA Novosti bildirir ki, nəticədə ərazini qatı tüstü bürüyüb. Hücum edənlər məscidin yanında "Bu gün Brüssel, sabah Madrid?" yazılmış plakat asıblar. Hadisəyə görə məsuliyyəti "Hogar Social Madrid" ultrasağ qrupu üzərinə götürüb. Qrup sosial şəbəkədə #TerroristasWelcome ("terrorçular, xoş gəldiniz) haştaqıyla fotolar paylaşaraq onlara "Dünən Paris, bu gün Brüssel, sabah Madrid", " M30-dakı məsciddə radikal islamizmə qarşı aksiya" (M30 - Madriddə yollardan biridir - red.) şərhlərini yazıblar.

Madrid meriyası aksiyaya dərhal reaksiya verib. "Onlar müsəlman cəmiyyətini qanundankənar elan edə bilməzlər. Biz terrorizmlə birgə mübarizə aparırıq. Birgə yaşayış = təhlükəsiz şəhərlər", - meriyanın Twitter-dəki səhifəsində yazılıb. Xatırladaq ki, martın 22-də Belçika Krallığının paytaxtı Brüsseldə aeroport və metroda partlayışlar törədilib. Son məlumatlara görə, 31 nəfər ölüb, 260 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.(milli.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...