“Rusiya ilə bir çox mürəkkəb məsələlərdə irəliləyiş əldə etmişik...”

“Rusiya ilə bir çox mürəkkəb məsələlərdə irəliləyiş əldə etmişik...”


Rusiya və ABŞ bir çox mürəkkəb məsələlərdə irəliləyişə nail olub. Musavat.com-un məlumatına görə, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerri xatırladıb ki, bu, onun Moskvaya bir ildən də az müddətdə üçüncü səfəridir. “Belə demək olar ki, bu səfərlərin hər birinin gedişində irəli getmək üçün hansısa yanaşmaların tapılması mümkün olub. Ola bilsin istənilən qədər irəli gedilməyib, ancaq bir çox mürəkkəb problemlərlə bağlı irəliləyiş əldə olunub” – qeyd edib Amerika xarici siyasət idarəsinin başçısı.

Onun sözlərinə görə, Suriyada zorakılığın dayandırılması və humanitar köməyin çatdırılması məsələlərində daha çox iş görmək lazımdır. “Suriyada atəşkəs rejimi kövrəkdir, ancaq ona riayət edilir. Zorakılığın səviyyəsi bəzi qiymətləndirmələrə görə, 85-90% aşağı düşüb. Biz Rusiya ilə bu məsələlərdə sıx əməkdaşlıq edirik ” – deyib dövlət katibi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...