Futbol matçı qana bulandı, 29 ölü

Futbol matçı qana bulandı, 29 ölü


Son olaraq Belçikanı qana bulayan terror təşkilatı İŞİD bu dəfə İraqın paytaxtı Bağdadı hədəfə alıb. ANS PRESS-in məlumatına görə, axşam saatlarında paytaxtın yaxınlığındakı İskəndəriyyə şəhəri yaxınlığındakı bir stadionda keçirilən futbol matçı zamanı kamikadze özünü partladıb.

Terror hücumu nəticəsində azı 29 nəfər ölüb, 60-a yaxın insan isə yaralanıb. Terror aktı ABŞ-ın İŞİD liderlərindən biri olan Əbubəkir əl Bağdadinin köməkçilərindən biri olan Abdül Rahman Mustafa əl-Kadulinin öldürülməsini elan etməsindən bir neçə saat sonra törədilib.

Kamikadze iki yerli komandanın oyunu zamanı stadionun içinə girərərk özünü partladıb. "France Press"ə açıqlama verən polis rəsmisi hadisənin qələbə çalan komndaya kubok verilməsi zamanı törədildiyini deyib. "Bu zaman fürsətdən istifadə edən kamikadze kütlənin içinə girərək bombanı işə salıb". Terror aktına görə məsuliyyəti İŞİD artıq öz üzərinə götürüb. Ölənlərin əksəriyyəti mülki şəxslər olub.

İŞİD terrorçuları ötən gün Yəməni də qana bulayıblar. Bir-birinin ardınca törədilən 3 terror aktı nticəsində 22 nəfər ölüb. Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...