Türkiyədə qadınlar könüllü hərbi xidmətə gedəcək

Türkiyədə qadınlar könüllü hərbi xidmətə gedəcək


Türkiyədə qadınlar könüllü olaraq hərbi xidmətə gedəcək.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahın ölkədə hərbi xidmətlə bağlı üzərində çalışdığı islahatlar paketində yer alıb.

Qadınlar üçün könüllü əsgərliyin də daha qısa müddəti əhatə etməsi nəzərdə tutulur. Həmin müddətdə qadınlara əsgərliklə bağlı əsas təlimlər keçiriləcək.

Qeyd edək ki, hazırda Avstriya, Danimarka, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda qadınlar könüllü əsgərlikdə ola bilirlər. Norveç 2015-ci ildə qadınlar üçün məcburi hərbi xidmətlə bağlı qanun qəbul edib. İsraildə isə qadınlar 2 il məcburi hərbi xidmətdə olmalıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...