Qutseriyev oğlunun toyunda qonaqlara qızıl sandıqlar paylayıb

Qutseriyev oğlunun toyunda qonaqlara qızıl sandıqlar paylayıb


Azərbaycanda da iri neft aktivlərinə malik olan inquş milyarder, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyev oğlunun toyunda qonaqlara qızıl sandıq paylayıb

Virtualaz.org lifenews.ru-ya istinadən xəbər verir ki, Qutseriyevin oğlunun toyunda hədiyyəni təkcə bəylə gəlin almayıb. İnquş adətlərinə görə neft maqnatının ailəsi də qonaqlara hədiyyə verib.

Toyu tərk edən qonaqlar Qutseriyevdən hədiyyə olaraq təmiz qızıldan, dağ xrustalından və Svarovski daşlarından hazırlanış miniatür sandıq alıb. Sandığın üzərində Qutseriyevin oğlu Səidlə gəlini Xədicə Ujaxovanın toy tarixi həkk olunub.

Sandıqlar xüsusi sifarişlə hazırlanıb və bir dənəsinin qiyməti 165 min dollardır. Toyda cəmi 300 belə sandıq paylanıb, hədiyyələrin ümumi dəyəri 50 milyon rubl-təxminən 800 min dollar olub.

Xatırladaq ki, Qutseriyevin oğlunun toyunda Cenifer Lopes, Enrike İqlesias, Stinq, Patrisiya Kaas və Alla Puqaçova oxuyub. Toyun davamı Londonda, bəylə gəlinin yaxın dostlarının iştirakı ilə olacaq. Orada isə qonaqları Elton Con və Beyonce əyləndirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...