Con Kerrinin qırmızı çemodanının sirri açıldı

Con Kerrinin qırmızı çemodanının sirri açıldı


ABŞ dövlət katibi Con Kerrinin martın 23-də Moskvaya səfəri zamanı təyyarədən düşərkən özüylə daşıdığı qırmızı çemodanın sirri açılıb. Virtualaz.org xəbər verir ki, çemodanın içində nə olduğunu Rusiya xarici işlər nazirinin BRİKS ölkələri üzrə müavini Sergey Ryabkov açıqlayıb. Xatırladaq ki, Kerrinin çemodanı haqda ABŞ dövlət katibinin prezident Vladimir Putinlə görüşü zamanı da bəhs edilmişdi. Putin Kerriyə zarafatla belə deyib: “Mən gördüm, təyyarədən düşəndə sizə çemodanı daşımaqda heç kim yardım etmədi. Bir tərəfdən olduqca demokratikdir ki, əşyalarınızı özünüz daşıyırsınız. Amma digər tərəfdən çemodanı köməkçilərdən heç birinə etibar etməmisiniz, deməli içindəki nəsə çox mühümdür. Təsadüfən çemodandakı Rusiya ilə mühüm məsələlərdə anlaşma əldə etmək üçün gətirilən pul deyil ki?”

Kerri isə cavab atmacasında deyib: “Çemodanda nə olduğunu öyrənəndə müsbət mənada təəcüblənəcəksiniz”. İndi Rusiya XİN rəhbərinin müavini lifenews-a bildirib ki, Kerrinin çemodanında prezident Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar üçün nəzərdə tutulmuş sənədlər olub. Qeyd edək ki, Kerri təyyarədən düşərkən sağ əlində qırmızı çemodan, sol əlində isə hansısa sənədlərdən ibarət qırmızı qovluq tutmuşdu. Sosial şəbəkələrdə isə Kerrinin çemodanının sirri atmaca və lağ mövzusuna çevrilmişdi...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...