Trampın seçki qərargahının rəhbəri həbs edildi

Trampın seçki qərargahının rəhbəri həbs edildi


Livandovski jurnalisti döyməkdə ittiham olunur.

ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd milyarder Donald Trampın seçki qərargahının rəhbəri Kori Livandovski Florida ştatında həbs olunub, Oxu.Az TASS-a istinadən xəbər verir.

Cupiter şəhərinin polis idarəsinin nümayəndəsi bildirib ki, siyasi konsultantı jurnalisti döyməkdə ittiham edirlər.

Hökümətin məlumatına görə, Livandovski martın 8-də Trampın seçicilərlə görüşü zamanı Mişel Filds adlı jurnalistin əlindən sərt şəkildə tutub.

Milyarder “Livandovskinin günahsız olması” barədə bəyanat yayıb.

“O, məhkəmənin başlanmasını gözləyir. Livandovski əmindir ki, onun üzərindən ittihamlar götürüləcək”, - Tramp qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...