Erməni silahlı bölmələri mart ayında atəşkəsi 3746 dəfə pozub

Erməni silahlı bölmələri mart ayında atəşkəsi 3746 dəfə pozub


Mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3746 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Nəticədə xeyli sayda erməni hərbçisi öldürülüb, düşmənin hərbi texnikaları məhv edilib.

Mart ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs martda Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.

Ermənistan ordusu atəşkəs rejimini mart ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonu istiqamətində də pozub.

Mart ayında düşmənin törətdiyi təxribat nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu, Silahlı Qüvvələrin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

Qeyd edək ki, fevral ayında atəşkəs 3491 dəfə pozulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...