Sərkisyan itkiləri açıqladı: "Heç nə nəzarətimizdə deyil"
Cəbhə xəttində baş verən atışmalar zamanı 18 erməni əsgəri ölüb, 35-i isə yaralanıb.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyan Milli Təhlükəsizlik Şurasının təcili toplantısı zamanı söyləyib.
“Hadisələrin gedişatının necə olacağı bəlli deyil. Şimal və cənubda gərginlik mövcuddur. Nəzarət etməyə çalışırıq”, - Sərkisyan vurğulayıb.
Sərkisyan həmçinin Dağlıq Qarabağdakı separatçı rejimə hərbi dəstək veriləcəyini və bununla bağlı müqavilələr imzalanacağını vurğulayıb.
Qeyd edək ki, Sərkisyanın söylədiyi bu faktlar həqiqəti əks etdirmir və ənənəvi olaraq Ermənistan hakimiyyəti itkilərini öz xalqından gizlədir. Azərbaycan Müdafiə Nazirliyi 100 erməni əsgərin məhv edildiyini, "Lələ təpə" və Talış kəndi ətrafındakı yüksəkliklərin, eləcə də Seysulan məntəqəsinin düşmən qüvvələrindən tam təmizləndiyi barədə məlumat yayıb. Məlumatda ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğularının da məhv edildiyi bildirilib. Ermənistan mediası da sözügedən faktı təsdiqləyib.
904 dəfə oxundu