VTB Bankdan erməni hərbçilərinə dəstək – BORCLARINI SİLDİ
VTB Ermənistan Qarabağda məhv edilmiş erməni hərbçilərinə dəstək kampaniyasına başlayıb. Fins.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bank Qarabağda gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbçilərinin və onların ailələrinin borclarını siləcək.
«Bank VTB (Ermənistan) həlak olanların ailəsinə başsağlığı verir və onları dəstəkləməyi özünə borc bilir» sözləri ilə başlayan bəyanatda qeyd edilir ki, bankın rəhbərliyi həlak olanların və itkin düşənlərin ailələrinin kreit borclarını silmək barədə qərar qəbul edilib. «Biz bu ailələrin maliyyə yükünü azaltmağı özümüzə borc bilirik»-deyə bəyanatda bildirilir. Qeyd edək ki, «Bank VTB (Ermənistan)» Rusiyanın VTB bankının 100%-lik törəmə bankıdır.
Maraqlıdır ki, Rusiyanın VTB bankının səhmdarları arasında Azərbaycan dövləti də var. VTB bankın səhmlərinin 3%-i Dövlət Neft
Fonduna məxsusdur. 2013-cü ildə bu səhmlərin alınmasına DNF-dan 500 milyon dollar ödənilib. Səhmdarlarının arasında Azərbaycan dövləti olan bankın belə addım atması ölkə ictimaiyyəti tərəfindfn birmənalı qarşılanmayıb. Üstəlik, VTB Bankın Azərbayandakı törəmə bankı – VTB Bank Azərba can hərbçilərinə münasibətdə analoji addım atmayıb.
Bununla yanaşı, Bank VTB (Azərbaycan)ın səhmdarlarından biri olan «ATA Holdinq» bu məsələ ilə bağlı tədbir görüləcəyin bildirib.
916 dəfə oxundu