Cənubi Qafqazın bu ərazisi avqustda Rusiyaya birləşir

Cənubi Qafqazın bu ərazisi avqustda Rusiyaya birləşir


Qondarma Cənubi Osetiya avqustda referendum keçirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma rejimin rəhbəri Leonid Tibilov söyləyib. Onun sözlərinə görə, referendumda konstitusiyaya dəyişiklik məsələsi səsverməyə çıxarılacaq:

“Bu, Tsxinvaliyə imkan verəcək ki, Rusiyanın tərkibinə girmək üçün Moskvaya müraciət etsin. Biz Moskvadan dərhal bu məsələyə reaksiya verməsini gözləmirik. Hazırkı məqamda biz Rusiyanı da siyasi cəhətdən ağır vəziyyətə salmaq istəmirik”.

Qeyd edək ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci il avqust müharibəsindən sonra bu ərazi Gürcüstandan ayrılıb. Rusiya onun müstəqilliyini tanıyan ilk ölkə olub. Üstəlik, qondarma rejimlə Moskva arasında müttəfiqlik haqqında müqavilə var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...