Erməni əsgərlərə qohumlarına zəng etmək qadağan edildi

Erməni əsgərlərə qohumlarına zəng etmək qadağan edildi


Ermənistan Müdafiə Nazirliyi hərbi qulluçulara qohumları ilə telefon əlaqəsi saxlamağa qadağa qoyub. Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. “Hərbçilərin qohumları ilə ünsiyyətə məhdudiyyət onların təhlükəsizliyindən irəli gələrək tətbiq edilir. Əmin olun ki, ilk imkanda vətən müdafiəçiləri sizinlə əlaqə saxlayacaq”, - Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, keçən gecə qoşunların təmas xəttində üç erməni əsgəri Hamlet Xacoyan, Manvel Qriqoryan və Armen Qriqoryan öldürülüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...