İsrail generalı: “Azərbaycanı müdafiə etməliyik”

İsrail generalı: “Azərbaycanı müdafiə etməliyik”


srail Dağlıq Qarabağdakı situasiyada Bakıya diplomatik dəstək nümayiş etdirməlidir.

Axar.az xəbər verir ki, bu sözlər İsrailin Müdafiə nazirinin keçmiş müavini Efraim Snehin “Al-monitor.com” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, İsraillə Azərbaycan strateji müttəfiqdirlər: “Bakı İsrailin neft ehtiyacının 40%-ni qarşılayır. Bu konfliktin davam etdirilməsi yalnız Ermənistanı müdafiə edən Rusiyaya maraqlıdır”.

Qeyd edək ki, Efraim Sne Ariel Şaron və Ehud Barak hökumətlərində çalışıb. O, İsrailin məşhur siyasətçisi Moşe Snenin oğludur. Sne 1976-cı ildə baş tutan “Entebbe” əməliyyatının da (Mossadın 70-ci illərdə Uqandada yəhudi girovları azad etmək üçün keçirdiyi məşhur əməliyyat - red.) iştirakçısı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...