Davudoğlu AŞPA-da Azərbaycanı müdafiə etdi

Davudoğlu AŞPA-da Azərbaycanı müdafiə etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu hazırda AŞPA sessiyasında çıxış edir. Baş nazir aprelin əvvəlində cəbhə xəttində baş verən erməni təxribatlarına toxunaraq, Azərbaycanın mövqeyini müdafiə edib.

Suriyalılarla bağlı məsələyə toxunan Davudoğlu deyib ki, “Bizim məzlumlara, məsumlara qapımız açıqdır və açıq qalacaq”. Terror məsələsinə toxunan Davudoğlu deyib ki, terroru hansısa dinlə əlaqələndirmək düzgün deyil: “Bu, terrorçuların məsədinə xidmət etmək olar. Xüsusilə də terrorun və İslamın adlarının yanaşı çəkilməsini qınayırıq”. Hazırda Davudoğlu suallara cavab verir.

***

Türkiyənin baş naziri Əhməd Davudoğlu Strasburqa gəlib. APA-nın verdiyi məlumata görə, səfərdə baş naziri Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır və XİN rəhbəri Mövlud Çavuşoğlu müşayiət edirlər. Səfər çərçivəsində Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Quido Raymondi ilə görüşəcək. Türkiyənin baş naziri həmçinin Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...