İrəvan Qarabağ danışıqlarına hazırdır - Rusiya mediası

İrəvan Qarabağ danışıqlarına hazırdır -


Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan və Ermənistan rəhbərlərinə Dağlıq Qarabağ üzrə fəal danışıqların bərpa edilməsi ilə bağlı təklif irəli sürülüb. Müraciətə əsasən yaxın günlərdə danışıqlar başlanmalıdır. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetində dərc olunan “Azərbaycan və Ermənistan danışıqlar masasına aparılır” adlı məqalədə qeyd olunub.

“İrəvan və Bakının hərbi əməliyyatların fəal mərhələsini dayandırmağa inandırdıqdan sonra Putin postsovet məkanında ən uzun sürən münaqişələrdən birinin uzunmüddətli həlli üçün danışıqlar prosesini bərpa etmək niyyətindədir. Dialoq bərpa edildiyi halda, Qarabağ probleminin tənzimlənməsi təşəbbüsü Qərb vasitəçilərindən Moskvaya keçəcək”, - deyə məqalənin müəllifi yazıb.

“Biz ən yaxın vaxtda tərəflərin danışıqlar masasına oturmaları üçün lazımi dilomatik mexanizmləri işə salmışıq”, - deyə yazıda qeyd olunub

“Əgər tənzimlənmə müzakirə ediləcəksə, yalnız Kazan sənədi əsasında olacaq”, - deyə “Kommersant”a Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib. (2011-ci ildə Tatarıstanın paytaxtında sammitdə baş tutan sənəd nəzərdə tutulur).

Həmin dövrdə Rusiya prezidenti olan Dmitri Medvedevin təşəbbüsü ilə Kazanda görüşən Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyan Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsinin “yol xəritəsi”nin layihəsini nəzərdən keçiriblər.

Sənəd 1992-1994-cü illərdə müharibə zamanı erməni tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ ətrafında Azərbaycan torpaqlarının (Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzulinin bir hissəsi və Ağdam rayonu, eləcə də Laçın rayonunun 13 kəndinin) qaytarılmasını, eləcə də Laçın rayonundan Ermənistan və Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını nəzərdə tutur.

Sənəddə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək isə bir neçə il sonra qaçqın probleminin həllindən sonra referendum yolu ilə həll edilməsi nəzərdə tutulurdu. Amma 2011-ci ildə son anda Azərbaycan və Ermənistan liderləri razılığa gələ bilmədilər.

Çərşənbə axşamı Ermənistan hakimiyyətində yüksək vəzifəli mənbə “Kommersant”a bildirib ki, erməni tərəfi daha öncə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş müqavilələrin müzakirəsinə qayıtmağa hazırdır.

Onun sözlərinə görə, Qarabağ ətrafındakı rayonlar erməni qüvvələri tərəfindən “sonradan fiziki təhlükəsizlik zəmanəti altında” qondarma “Dağlıq Qarabağ Respublikası”-nın tanınması müqabilində qaytarmaq üçün işğal edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...