Səudiyyə Ərəbistanında qadınlara işləmək azadlığı verildi

Səudiyyə Ərəbistanında qadınlara işləmək azadlığı verildi

Səudiyyə Ərəbistanının Əmək Nazirliyi qadınların iş hüquqları ilə bağlı yeni qərar qəbul edib. Bu barədə Trend "Əl-İqtisadiyyə" qəzetinə istinadən xəbər verir. Yeni qərara əsasən, qadınlara bundan sonra ailəvi restoran və əyləncə mərkəzlərində, həmçinin qadın malları mağazalarında kassir qismində axşam saatlarında işləməyə icazə veriləcək.

Nazirlikdən bildiriblər ki, Səudiyyə Ərəbistanında qadınlara təhlükəsizlik və sağlamlıq nöqteyi-nəzərindən 21 peşə üzrə qadağa mövcüddur. Belə ki, yeraltı istehsalat, tikinti, ət emalı fabrikləri, avtoservislər, çörəkxana və ağır sənaye müəssisələrində işləməyə icazə verilmir. O da bildirilir ki, hazırda qadınlar Səudiyyə Ərəbistanında işçi heyətinin 17 faizini təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...