Azərbaycan Türkiyəyə verilən qazın həcmini 4% artırıb

Azərbaycan Türkiyəyə verilən qazın həcmini 4% artırıb


Bu ilin fevral ayında Azərbaycandan Türkiyəyə 558,49 mln kubmetr qaz nəql edilib. Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) xəbər verir ki, Azərbaycandan Türkiyəyə qaz nəqli ötən ilin hesabat ayından 4,17% çox olub. Azərbaycan qazının Türkiyənin ümumi qaz idxalında payı 14,1% olub. Hesabat ayında Türkiyə ümumilikdə 3,964 mlrd. qaz idxal edib ki, bunun da 3,053 mlrd. kubmetri boru kəmərləri nəql olunub, 910,68 mln. kubmetri isə maye qaz (LNG) olub.

Hesabat ayında qaz idxalı ötən ilin müvafiq ayından 14,47% az olub. Boru kəmərləri ilə qaz nəqli 17,11%, LNG-nin idaxlı isə 4,22% azalıb. Türkiyəyə boru kəmərləri ilə İrandan 686,22 mln. kubmetr (0,33% az), Rusiyadan isə 1,808 mlrd. kubmetr (26,45% az) qaz nəql edilib. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...