Nalbandyanın xarici səfərləri Ermənistan büdcəsini çökdürür
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan səyahətlərini biznes-klass aviabiletləri ilə edirmiş ki, bu da Ermənistanın yardımlardan formalaşan dözlət büdcəsinə ağır yükə çevrilib.
Virtualaz.org Ermənistanın “Aykakan jamanak” nəşrinə istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin saytında açıqlanan məlumatlara əsasən, 2016-cı ilin mart ayında XİN Nalbandyanın Yerevan-Paris-Cenevrə-London-Vaşinqton reysi ilə səfərinə “Atlantis Tur 4+1” şirkətinə 3 milyon 579 min 578 dram, yaxud 7300 dollar vəsait ödəyib. Nəşrin yazdığına görə, eyni təyyarənin ekonom-klass bileti bundan təxminən 3 dəfə ucuzdur. Həmin reysin 2 biletinə görə Xarici İşlər Nazirliyi 10 min dollara yaxın pul xərcləyib.
“Müqayisə üçün deyək ki. ötən il baş nazir Ovik Abramyanın Avrasiya İqtisadi Şurasının baş nazirlərinin Belarusun Qrodno şəhərində keçirilən iclasına uçması üçün erməni tərəfi Gürcüstanın “Corcian eyrveys” şirkətindən təyyarə kirayələyib və buna görə 27430 dollar pul ödənilib.
İndi isə Ermənistan XİN yeni binasının interyeri ilə məşğuldur. Hökumət saytının yaxdığına görə, XİN “Ani Dizayn” şirkəti ilə müqavilə bağlayıb və 700 metr uzunluğunda pərdənin alınması üçün 8,5 milyon dram (təxminən 17 min dollar – virtualaz.org) ödənilib”, - “Aykakan jamanak” nəşri belə yazır.
890 dəfə oxundu