Hindistanda isti bir sutkada 41 nəfəri öldürdü

Hindistanda isti bir sutkada 41 nəfəri öldürdü


Hindistanın cənubundakı Teanqana ştatında son sutka ərzində istidən 41 nəfər həyatını itirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, aprel ayının əvvəlindən bu ştatda havaların isti keçməsi səbəbindən ölənlərin sayı 219-a çatıb. Bütün ölkə üzrə isti hava qurbanlarının sayı isə artıq 300 nəfərdir. Nalqonda rayonu itki sayına görə (76 nəfər) xüsusilə fərqlənib. Ştatın Heydərabad şəhərində indiyədək istidən bir nəfər belə ölməyib.

Meteoroloqlar anomal istilərin Hindistanda hələ iki gün də davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ölkənin regionlarının əksəriyyətində havanın hərarətinin 41-45 dərəcə olacağı proqnozlaşdırılır. 2015-ci ilin may ayında Hindistanda bir həftə ərzində istidən 600 nəfər ölmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...