İŞİD Suriyadakı qaz yataqlarını ələ keçirdi
ŞİD terrorçuları yenidən Suriyanın Hüms şəhərinin şərqində yerləşən nəhəng qaz yataqlarını ələ keçiriblər. "Report" xəbər verir ki, bu haqda "Əl-Mayadin" telekanalı məlumat yayıb. Xəbərdə bildirilir ki, terrorçular Eş-Şaerdəki yataqları növbəti dəfə işğal ediblər. İŞİD terror qruplaşması Palmiranın azad olunmasından sonra səhrada hücum əməliyyatlarını genişləndirmiş Suriya qoşunlarına arxa cinahdan gözlənilməz zərbə endirərək yataqları ələ keçirib.
"Əl-Mayadin"in məlumatına görə, hazırda hökumət qoşunları terrorçuları tutduqları mövqelərdən sıxışdırmağa çalışır. Suriya Hərbi Hava Qüvvələrləri hücum əməliyyatında orduya havadan dəstək verir. "Assoşieyted Press"in məlumatına görə isə, İŞİD-in hücum əməliyyatında Suriya ordusunun hərbçiləri də əsir götürülüb.
Qeyd edək ki, Əş-Şaer Suriyanın nəhəng qaz yatağı sayılılr. Suriya ordusu onu İŞİD-dən 2014-cü ildən mühafizə edir. Bu yataq Suriya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir və ölkənin bir sıra şəhərlərini enerji ilə təchiz edir.
858 dəfə oxundu